Bolu Kartalkayadakı Grand Kartal otelində baş verən yanğınla bağlı həbs olunanların sayı 14-ə yüksəlib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 78 nəfərin həyatını itirdiyi hotel yanğını ilə bağlı istintaq bütün istiqamətləri ilə davam edir.
İstintaq çərçivəsində daha 2 nəfər haqqında verilən həbs qərarı ilə saxlanılanların sayı 14-ə yüksəlib.
Həbsdə olan 9 nəfərin bu gün ədliyyəyə sövq ediləcəyi də öyrənilib.