backend

TÜRKİYƏDƏ XOCALI FACİƏSİ YAD EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının qurbanları Azərbaycanın bütün şəhər və rayonları ilə paralel dünyanın bir çox ölkərində, eləcə də qardaş ölkə hesab edilən Türkiyənin bütün şəhər və rayonlarında anılacaq. 

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının qurbanları Azərbaycanın bütün şəhər və rayonları ilə paralel dünyanın bir çox ölkərində, eləcə də qardaş ölkə hesab edilən Türkiyənin bütün şəhər və rayonlarında anılacaq.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlunun TİA.AZ-a verdiyi məlumata görə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və “Yeni Yurd”ictimai birliyinin fəalları fevralın 22-dən etibarən tədbirlərə start verəcək: “Fevralın 22-dən martın 1-dək Türkiyənin İstanbul, İzmir, Manisa və Aksaray şəhərlərində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil edilən tədbirlərə qatılacağıq. Xocalı soyqırımının qurbanları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın müxtəlif bölgələrinin təmsilçiləri, habelə, QHT fəalları qardaş ölkənin müxtəlif idarə və müəssisələrində soyqırım qurbanlarının xatirəsi anılacaq. 2017-ci il fevralın 27-də Türkiyənin İzmir şəhərindəki Bornovo Bələdiyyəsinin ərazisində Azərbaycan-Türkiyə Dostluk Parkının və Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinə həsr edilən abidənin açılış mərasimi olacaq. Abidənin açılış mərasimində Türkiyənin tanınmış iş adamları,o cümlədən Bornovo Bələdiyyəsinin rəhbərləri, İzmir Azərbaycan Dostluk Cəmiyyətinin və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları-Dilbər Sultanova və doktor Aqil Məmmədov da iştirak edəcək”.
Bundan başqa birlik rəhbəri ölkəmizdə “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin layihəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Biz,soyqırım və terrora yox deyirik!”adlı sənədli film istehsal olunduğunu bildirdi. Son vaxtlar dünyada baş verən terror və soyqırımlara həsr olunan filmin fevralın 21-i saat 12-00-da Bakıda Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçiriləcək.

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində müxtəlif idarə və təşkilatlar tərəfindən yardım kampaniyaları aparılır. Qurum rəhbəri belə xeyirxah aksiyaya Bakı Baş Səhiyyə İdarəsinin, o cümlədən, “Premium Klinikası” qoşulduğunu vurğuladı: “Bakı şəhəri üzrə Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və “Premiuim Clinik” in baş həkimi Mübariz Nağıyev Xocalı şəhərindən, habelə, bu rayonun işğal edilmiş digər yaşayış məntəqələrindən olan imkansız insanların pulsuz müayinəsini öz öhdələrinə götürüb. Fevralın 16-da “Premium Clinik”xəttilə 7 Xocalı sakininin müayinəsi aparılıb.Bu həftə isə həmin klinikada daha 5 nəfərin müayinəsini təşkil etmək nəzərdə tutulur”.

“Asan Radio”da çəkiliş başladı

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi “Asan Radio”ilə əməkdaşlıq haqqında razılıq əldə edib, birgə layihə həyata keçirəcək. Belə ki Ş.Sabiroğlu fevral ayından etibarən radio kanalında Qarabağ və Xocalı mövzusunda çəkilişlərin başladığını qeyd etdi: “Bir il öncə yaradılan “Asan Radio” da bu amala xidmət edir. “Asan Radio”nun baş redaktoru Etibar Məmmədovla görüşdük. İşgüzar söhbətdə birgə əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən 2 günlük xüsusi proqram hazırlanacaq. Artıq çəkilişlər başlanıb.Hazırlanan radio proqramı fevralın 25 və 26-da efirdə səslənəcək”.

Nilufər