Türkiyənin Qaziantəp şəhərindəki özəl xəstəxanada partlayış baş verib.
TİA.AZ “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 pasiyent həlak olub.
Məlumata görə, SANKO Universitetinin reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Məlumata görə, 20 nəfərlik reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.