Xocalı faciəsini ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
Xocalı faciəsini ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
Filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli TİA.AZ-a bildirdi ki, Xocalı faciəsini dünyaya çatdırmaq üçün Türkiyəyə yollanıblar:”Bu gün Koroğlunun adının əziz tutulduğu, heykəlinin ucaldıldığı Bolu şəhərində saat 14:00-da Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş konfrans keçiriləcək, saat 17:00-da isə Qarabağ parkının və “Xarı bülbül” abidəsinin açılışı olacaqdır. “Xarı bülbül” abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü, Yeni Yurd İctimai Birliyinin maliyyə dəstəyi (sədr Mahirə Əsəd) və Bolu Bələdiyyəsinin (sədr Əlaəddin Yılmaz) təşkilatçılığı ilə gerçəkləşib. Yeni Yurdçular tədbirdə 6 nəfərlə təmsil olunur. Abidənin heykəltəraşı əməkdar incəsənət xadimi Akif Əsgərdir”.
Nilufər