18 yaşlı ananın Türkiyə hava limanının tualetinə atdığı qız Rusiyaya qaytarılacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədr müavini Anna Kuznetsova bildirib.
O qeyd edib ki, yeni doğulan uşaq Rusiya vətəndaşıdır. İndi hakimiyyət onun Türkiyədən gətirilməsi məsələsi ilə məşğuldur.
Vurğulanıb ki, hazırda Türkiyə təcridxanasında olan 18 yaşlı ana Rusiyaya ekstradisiya oluna bilər.
Xatırladaq ki, bəzi KİV-in yazdığına görə, qız yeni il tətilində hamilə qalıb, lakin artıq çəki səbəbindən hamiləliyini hiss etməyib. O, payızda anası ilə birlikdə Türkiyəyə tətilə gedib və hava limanında qayıdarkən mədəsində ağrı hiss edib və əlillər tualetinə qaçıb və orada qız uşağı dünyaya gətirib. İlkin məlumata görə, anası uşağı tualetə atmağı təklif edib.
Hava limanının əməkdaşları yeni doğulmuş uşağı xilas ediblər, polis isə qızı və anasını həbs edib. Onlar uşağı təhlükəli vəziyətdə qoymaqda ittiham olunur. Türkiyədə bu maddə ilə bir ilədək həbs cəzası nəzərdə tutulur.