Türkiyənin Qaziantep bölgəsində yerləşən alış-veriş mərkəzlərindən birində atışma olub.
Türkiyənin Qaziantep bölgəsində yerləşən alış-veriş mərkəzlərindən birində atışma olub.
TİA.AZ xəbər verir ki, ticarət mərkəzinin qarşısında 2 nəfər naməlum şəxs bayram alış-verişi edən insanlara atəş açıb.
Motosikletli şəxslər xüsusilə insanların çox olduğu giriş və çıxışlarda ov tüfəngindən dəfələrlə atəş açıblar.
Hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılar içərisində 25 yaşlı Tülay Gülderen başından aldığı güllə yarasından xəstəxanada həyatını itirib.