Türkiyədə terrorçulara cəsasət verən narkotik müsadirə olunub

Türkiyədə terrorçulara cəsasət verən narkotik müsadirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatını apardığı Suriyanın Afrin bölgəsindəki PYD terrorçularına göndərilən 250 min narkotik maddə ələ keçirilib.

Trend-in məlumatına görə, araşdırma zamanı bu narkotik maddələrin cəsarət verici xüsusiyyəti olduğu aşkar edilib.

 Narkotikin müsadirə olunduğu Adanada 2 nəfər saxlanılıb. Məlum olub ki, narkotik vasitələr əvvəlcə Türkiyənin Hatay vilayətinə, oradan da Afrinə göndəriləcəkdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.