Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.
Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.