TÜRKİYƏDƏ SEÇKİLƏR BU TARİXDƏ OLACAQ – ŞÜAR DƏYİŞDİRİLDİbackend

TÜRKİYƏDƏ SEÇKİLƏR BU TARİXDƏ OLACAQ – ŞÜAR DƏYİŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənbələr seçkinin iyunun 18-də keçirilməsi fikrinin gündəmə gəldiyini bildirib. Bildirilib ki, Xalq Alyansı “Türkiyəni birlikdə qururuq” şüarı ilə kampaniya təşkil edəcək.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Maraş və Hatayda 42 mindən çox insanın ölümünə səbəb olan zəlzələlərdən sonra xarici mətbuatda da seçki təqvimi ilə bağlı müzakirələr gedir. Bloomberg-ə danışan mənbələr seçkilərin mayın 14-də keçiriləcəyini bildirərkən, Böyük Britaniyada yerləşən “Reuters” agentliyi isə seçkinin iyunun 18-də keçirilməsi fikrinin ön plana çıxdığını bildirib.

“Çox güman ki, seçkilərin iyunun 18-də keçirilməsi ilə bağlı razılıq əldə olunacaq”, – hökumət rəsmisi Reuters agentliyinə bildirib. Rəsmi prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalının görüşəcəyini və iki partiya arasında müəyyən təmasların olduğunu və yekun qərarın liderlər tərəfindən veriləcəyini bildirib.