Türkiyənin Ərdahan şəhərinin Karagöl məhəlləsində binanın təməlini qazarkən üzərində xaç işarəsi olan tabut tapılıb. Türkiyənin Ərdahan şəhərinin Karagöl məhəlləsində binanın təməlini qazarkən üzərində xaç işarəsi olan tabut tapılıb.
TİA.AZ xəbər verir ki, Qars Muzeyinin arxeoloqları tabutun rus generala aid olduğunu ehtimal edirlər.
Tabutdakı skeletin üzərində çürümüş çəkmə və paltonun olduğu aşkarlanıb.
Arxeoloq Solakoğlu bildirib ki, rus generalının olduğu ehtimal edilən tabut XIX əsrə aiddir.
“Ruslar 1878-ci ildən sonra burada yaşayıblar. Ehtimal ki, tabutdakı skelet də rus generalına məxsusdur”, – deyə o bildirib.
Tabut tapılandan sonra şəhərdəki hər kəs ona baxmaq üçün qazıntı yerinə axın edib.