Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaqbackend

Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri bu gün açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə prezident seçkisi ikinci tura qalıb, qardaş ölkə mayın 28-də yenidən seçkiyə gedəcək.
Seçki təqvimində etirazların həlli üçün verilən müddət başa çatıb. Yekun nəticələr bu gün açıqlanacaq.Prezident seçkisinin ikinci turunda ilk səslər xaricdə və gömrük-keçid məntəqələrində veriləcək.
Səsvermə mayın 20-də xaricdəki nümayəndəliklərdə başlayacaq və beş gün ərzində yekunlaşacaq. Xaricdə olan seçicilər mayın 28-i saat 17:00-dək gömrük-keçid məntəqələrində səs verə biləcəklər.
Namizədlər – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlu – birinci turda olduğu kimi, TRT-də iki dəfə təbliğat xarakterli çıxışlar edəcəklər.
Təbliğat mərhələsi mayın 27-si saat 18:00-da başa çatacaq.