“Türkiyə Ermənistan hakimiyyətinə bir neçə dəfə aydın şəkildə bildirib ki, biz müxtəlif çəki dərəcələrindəyik. Sizin əsas tərəfdaşınız hələlik müəyyən qeyd-şərtlərlə belə yalnız Azərbaycan ola bilər”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi siyasi texnoloq Vigen Akopyandır.
Onun sözlərinə görə, Türkiyə o zaman Ermənistanla danışıqlara başlayacaq ki, İrəvan Bakı ilə problemlərini tam həll etsin. “Türkiyə açıq deyir ki, Ermənistan Azərbaycanla anlaşdıqdan və bununla bağlı Bakıdan “hər şey yaxşıdır” zəmanəti aldıqdan sonra danışıqlar masasına əyləşəcək”.
Akopyan hesab edir ki, Nikol Paşinyanı Türkiyədə alçaldıblar. “Nikol Paşinyan Ərdoğanın andiçmə mərasimi üçün Türkiyəyə gedəndə onu ikinci cərgədə, Əliyevin arxasında əyləşdirmişdilər. Bu, açıq diplomatik alçaltma jesti idi”.