Türkiyədə oxuyan bu tələbələr Azərbaycan universitetlərinə niyə köçürülmür? – Video

Türkiyədə oxuyan bu tələbələr Azərbaycan universitetlərinə niyə köçürülmür? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə təhsil alan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə üçün müraciət etsə də, onlara imtina cavabı verilib.

Tribunainfo.az  Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı ilə Türkiyə dövlət universitetlərinin bakalavr səviyyəsinə qəbul olan tələbələrdən gedir.

Tələbələrin sözlərinə görə, onlara qanunvericiliyə uyğun olmadıqları bildirilib. Lakin onlar Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə 250 manat dövlət rüsumu ödəyərək köçürülmə üçün şəhadətnamə aldıqlarını deyirlər. Tələbələrə imtina üçün göstərilən səbəb isə 90 kredit toplamalarının lazım olduğu göstərilib. Onlar deyir ki, halbuki 1 il ərzində tələbəyə düşən maksimum kredit sayı 60-dır.

Bundan başqa onlara başqa bir səbəb də göstərilib. Belə ki, əksər tələbələr 2023-cü ildə YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunublar. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunub. Lakin həmin tələbələr bildirirlər ki, imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl veriblər.

Tələbələr deyir ki, bu hal birinci dəfədir ki, baş verir. Belə ki, ötən il bu hal yaşanmayıb. Kredit və kəsrlərinin sayı eyni olmasına baxmayaraq belə bir problem yaşanmayıb.

Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bunu nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib.

Bəs Türkiyədə təhsil alan tələbələrin transfer hüququnun ləğv edilməsi nə qədər qanunauyğundur?

Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bu sözləri deyib:

“Siz köçürülmə üçün müraciət edəndə, akademik fənlərinizin sayı, yəni kəsrlərinizin ümumi sayı 2/3-dən az olmamalıdır. Bundan başqa tələb yoxdur. Elm və Təhsil üzrə Dövlət Agentliyi qüvvədə olan qanunvericiliyin tələblərini pozaraq, hər bir vətəndaşın hüququnu ciddi şəkildə pozaraq onların Azərbaycana köçürülməsinə mane olur”.

Məsələ ilə bağlı Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələbələrin 348 saylı qərara istinad etmələri tamamilə yanlışdır.Qanunvericiliyə əsasən, tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur. Bəzi tələbələr müxtəlif səbəblərdən bu normadan az və ya çox kredit götürə bilərlər, amma norma 30-dur.

Qurumdan o da bildirilib ki, köçürülmə ilə bağlı 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir.

Daha ətraflı süjetdə: