Türkiyədə növbəti dəfə partlayış baş verib.
Türkiyədə növbəti dəfə partlayış baş verib.
TİA.AZ-ın yerli KİV-ə istinadən xəbərinə görə, hadisə İzmir məhkəməsinin binası qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib.
“Doğan” agentliyinin veridiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb. Agentlik bunun terror aktı olduğunu iddia edir. Belə ki, partlayış bomba yüklənmiş avtomobil vasitəsi ilə törədilib.