Türkiyənin Van şəhərində 10 min nəfərin qatıldığı qəbilə toyunda bəyə 10 milyon lirə, gəlinə isə kilolarla qızıl verilib. Onlarla insan yığılan pulu 6 saat ərzində saya bilib.
Tribunainfo.az Türkiyə mediasına istinadən bu xəbnəri yayıb. Vanın məşhur ailələrindən olan Bayram ailəsinin izdihamlı toyunda bəyə 10 milyon lirə, gəlinə isə kiloqram qızıl verilib. Toyda 10 min nəfər iştirak edib.
Van Expo Sərgi və Konqres Mərkəzində təşkil edilən toy mərasiminə Türkiyənin müxtəlif vilayətləri ilə yanaşı, Amerika, Almaniya, Fransa, Hollandiya, İran, İraq və Suriyadan da insanlar qatılıb. 220 baş xırdabuynuzlu mal-qaranın kəsildiyi toya tayfa başçıları, fikir liderləri, bələdiyyə sədrləri, siyasi partiya nümayəndələri və iş adamları daxil olmaqla 10 minə yaxın adam qatılıb.
Yeməkdən sonra baş tutan zərgərlik mərasimi təxminən 6 saat davam edib.