Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a yüksəlib

Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirusa yoluxanların sayı gün ərzində demək olar, iki dəfə artıb.

TİA.AZ  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 670 nəfərə çatıb.

Nazir “Twitter” hesabından belə yazıb:

“Son 24 saat ərzində koronavirusla bağlı 3 656 test keçirilib, onlardan 311-i müsbət nəticə verib. Xəstələnənlərin sayı 670 nəfərə çatdı. Biz bu gün daha 5 yaşlı və zəif insanı itirdik. Doqquz insan öldü”.

Qeyd edək ki, daha əvvəl bildirilimişdi ki, Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfərdən 359 nəfərə yüksəlib, 4 xəstə ölüb.