Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Avropaya getmək üçün sərhəd keçid məntəqələrində, Meric çayının sahillərində toplaşmış qaçqınlarla bağlı maraqlı açıqlama verib. O, özünün Twitter hesabında “Saat 09:15 radələrində Türkiyədən ayrılan və Avropaya keçməyi bacaran qaçqınların sayının 130469 nəfər olduğunu qeyd edib”.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan sərhədlərində hərbçilərin atəş açmasından qorxan qaçqınların çoxu sərhədi keçmək üçün su yollarından istifadə edirlər. Bunun üçün şişmə rezin qayıqlardan istifadə edənlərin sayı həddən artıq çoxdur. Fürsətdən istifadə edən qayıq satıcıları üsə 3 min lirəlik rezin qayıqları artıq 10 min dollar satırlar. Qayıqlara nəzərdə tutulandan artıq qaçqının mindiyini nəzərər alsaq yeni faciələr qaçılmaz olacaq.
Dünən Türkiyə – Yunanıstan sərhədində qaçqınların yaratdığı ajiotajdan sonra yunanlar türklərin qaçqınları incitdiyini və onların zorla ölkədən çıxarıldığını bəyan edərək kampaniya başlatmaq istəyiblər. Lakin buna cavab olaraq türk jurnalistlər önlərinə çıxan hər hansı bir qaçqındandan zorla yoxsa könüllü olaraq getmək istədiklərini soruşduqda onlar takislərə çoxlu pul verərək getmək üçün sərhədə gəldiklərini bildiriblər. Yunanıstanın Müdafiə Naziri qaçqınlara atəş açılması məsələsini şərh edərkən sadəcə bunları deyib.”Öz sərhədlərini qorumaq Yunanıstanın haqqıdır”. Əllərində balaca bir yol çantası ilə soyuq qış günlərində sərhəd qapılarında torpaq üstündə yataraq gecələyən suriyalı qaçqınları bu çətinliyə nə vadar edir? Türkiyədə həyatları çoxmu pis keçir?
Bu sualın cavabı da sadədir. Avropanın verdiyi maddi imkanlar və xəyali gözəl gələcək.
Türkiyədə müharibə yoxdur. Bombalar yağmır.Türklər artıq 10 ildir suriyalı qaçqınlara qapı açıblar. Hər türkün boğazından kəsilən bir tikə 3 milyondan artıq suriyalı qaçqına verildi. Bu öz növbəsində yerli əhalinin narazılığına səbəb olamay bilməzdi. Bəs suriyalılar və eləcə də başqa millətlərdən olan qaçqınlar onlara yaradılmış şəraiti qoyub niyə gedirlər? Sadəcə daha gözəl və böyük potensial vəd edən gələcək üçün.İndiki halda suriyalı qaçqınları daha çox iqtisadi qaçqınlar adlandırmaq olar. İqtisadi miqrantlarla müharibədən qaçanlar arasında fərq var. Bu insanların Şərq-müsəlman ölkələrinə yox, məhz Avropaya üz tutmaları müharibədən qaçmaq yox, sosial yardımlardan yararlanmaq üçündür. Bəlkə də haqları var. Dünyanın böyük gücləri birləşib onların yuvasını dağıtdılar, onlar da indi bu güclərin yuvalarına isinmək üçün axın edirlər.Türkiyəyə sığınmış qaçqınların 90%-i işləməyərək yalnız sosial yardımlarla yaşayırdı, hətta onların orqan mafiyası, narkjotik alverində rolları daha çox idi. Məlum məsələdir ki, Türkiyədən axan bu böyük köç yeni siyasi müqavilələrin bağlanmasına səbəb olacaq. Bu oyunda kim udacaq, kim uduzacaq, peşimanı kim olacaq? Bunu zaman göstərəcək. Amma həmişə filllər döyüşəndə əzilən çəmənlər olur.