Türkiyədə inflyasiya rekord həddə çatıb – VİDEObackend

Türkiyədə inflyasiya rekord həddə çatıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən ay Türkiyədə inflyasiya son 25 ilin rekordunu yeniləyib.
Türkiyə Statistika İnstitutunun aylıq hesabatına görə, sentyabrda ölkədə inflyasiya 3,08% artıb.

İllik əsasda artım 83,45% təşkil edib ki, bu da 1997-ci ildən bəri rekord göstəricidir.
İstanbulda istehlak qiymətləri indeksi illik 107,42%, aylıq isə 6,06% təşkil edib. Eyni zamanda, şəhərdə topdansatış qiymət indeksində aylıq 2,94%, illik isə 98,17% artım qeydə alınıb.
Məlumat üçün bildirək ki, ötən ay İstanbulda illik inflyasiya 99,91% təşkil edib. Hesabata görə, 2022-ci ilin avqust ayında Türkiyədə istehlak qiymətlərinin dəyişməsi indeksi illik müqayisədə 80,21%-ə çatıb.