Türkiyənin Muğla şəhərinin Menteşe rayonunda təcili yardım helikopteri Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılaraq bağçasına düşüb.
Tribunainfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, hazırda hadisə yerində çox sayda təcili yardım və yanğınsöndürmə qrupu işləyir.
Qəzada ölən və yaralananlarla bağlı rəsmi məlumat verilməyib.
***
Muğla valisi İdris Akbıyık qəza ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, təcili yardım vertolyotunda olan 2 pilot, 1 həkim və 1 personal həyatını itirib.