Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti saxlanılıb.
Klubun prezidenti Faruk Koca da daxil olmaqla 3 nəfər tutulub.
Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən “Ankaragücü” “Çaykur Rizespor” matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.