Bu gün səhər saatlarında Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 5 maqnitudalı zəlzələ olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ 7 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.