Türkiyədə güclü partlayış: 13 nəfər yaralandı

Türkiyədə güclü partlayış: 13 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

Türkiyənin Kocaeli vilayətinin Darıca ilçəsində yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

 

Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 sakin xəsarət alıb.

 

3 mərtəbəli binanın girişində qeydə alınan partlayışın səbəbi bilinmir.

 

Partlayışdan sonra binada yanğın başlayıb, əraziyə həkim briqadası, polis və xilasedicilər cəlb edilib.

 

Partlayışda həmçinin binaya ciddi zərər dəyib.