İmralı adasının cənub-qərbindəki Mərmərə dənizində 69 metr uzunluğunda quru yük gəmisi suya girdikdən sonra batıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə vətəndaşı olduğu düşünülən 6 nəfərlik ekipajın xilas edilməsi üçün işlər intensiv şəkildə davam edir.
Sahil Təhlükəsizliyi Baş İdarəsi (KEGM) Mərmərə dənizində suya girən gəmi üçün xilasetmə işlərinə başladığını açıqlayıb.
6 nəfərlik heyətin xilas edilməsi üçün işlər davam edir
Dəniz Pənahova