backend

Türkiyədə fahişələr pensiyaya çıxacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin qərbində, İzmir əyalətində 500-dən çox fahişə pensiyaya çıxa biləcək. 

Türkiyənin qərbində, İzmir əyalətində 500-dən çox fahişə pensiyaya çıxa biləcək.

TİA.AZ-ın xəbərinə görə, bu barədə Hurriyet Daily News nəşri məlumat verir.

Sosial müdafiə üzrə Türkiyə Dövlət İnstitutu qərara alıb ki, işəgötürənlərin yeddi il müddətində sosial ödənişləri tam həcmdə ödəmədiklərinə görə, aralarında pensiya yaşını tamamlayan qadınlar da olmaqla, seks industriyasının 1,8 min işçisi təqaaüdə çıxa bilməyiblər.

Qanunu pozanlar cərimələnib və borclar ödənilib. Nəticədə 501 fahişə təqaüdə çıxıb. Daha 1299 fahişə isə qanunla müəyyən edilmiş sosial müavinət alacaq.

Bildirilir ki, məsələn İzmir şəhər qadın hüquqlarının müdafiəsi mərkəzinin dəstəyi ilə öz həllini tapıb. Təşkilat fahişələrin hüquqlarının pozulmasının araşdırılması üzrə komissiyanın yaradılmasına təkid edib. 

Komissiyanın üzvləri yerli fahişəxanalara baş çəkib və hesabat hazırlayıblar. Sosial müdafiə İnstitutu isə bu hesabat əsasında qərar qəbul edib. 

Qeyd edək ki, Türkiyədə fahişəlik qanunla icazə verilib. İntim xidmətlər göstərmək üçün qadın sağlamlıq haqqında kart rəsmiləşdirməlidir və mütamadi olaraq müayinələrdən keçməlidir.