Türkiyədə faciə: 280 nəfər olan mədən çökdübackend

Türkiyədə faciə: 280 nəfər olan mədən çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Zonquldak bölgəsinin Ereyli rayonunda Türkiyə Daş kömürü Qurumuna (TTK) məxsus mədəndə naməlum səbəbdən çökmə baş verib.

Baş vermiş hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə polis, tibb, Milli Tibbi Xilasetmə Qrupu (UMKE), Fəlakət və Fövqəladə Hallar (AFAD) və Türkiyənin Daş kömürü Qurumu (TTK) xilasetmə qrupları sövq ediliblər.

“İçəridə 280 nəfər olub, dörd nəfər isə yaralanıb. Bir nəfər sağ-salamat xilas edilib. Bir nəfər ağır yaralanıb. İki nəfərin canlı olaraq səsini eşidə bilirik. 75 nəfərlik qrupla xilasetmə işlərinə başlanılıb”, – deyə hadisə ilə bağlı açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib.

Ölkənin səhiyyə naziri Fahrettin Koca hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verib. “Çökmə səbəbindən 1 nəfər həyatını itirib. 6 yaralımız var”, – deyə nazir bildirib.