CHP-çi keçmiş millət vəkili Ərən Ərdəm həbs olunub.
Axar.az xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu qərar qəbul edib.
Xatırladaq ki, Ərən Ərdəm ötən gecə saxlanılaraq polis şöbəsinə gətirilib. O, “silahlı terror qruplaşmasına dəstək” və “istintaqın gizliliyinə xələl gətirmək” maddələri ilə ittiham olunur.