Türkiyənin Kocaeli vilayətində yerli iaşə obyektlərindən birində satılan toyuq dönərindən 300-dən çox insan zəhərlənib, onlardan ikisinin vəziyyəti ağırdır.
Tribunainfo.az xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, dönər alan sakinlər axşam saatlarında ürək bulanması və qusma şikayəti ilə kütləvi şəkildə xəstəxana və təcili tibbi yardıma müraciət ediblər.
Zəhərləndikləri təsdiqlənən 300-dən çox zərərçəkən vilayətin dörd müxtəlif xəstəxanasına, o cümlədən Körfəz Dövlət Xəstəxanasına yerləşdiriliblər.