Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb

Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Mərkəzi Bankının bu gün keçirilmiş iclasında uçot dərəcəsinin sabit saxlanılmasından sonra ölkənin milli valyutası – lirə ucuzlaşmaqdadır.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, hazırda TRY/USD nisbəti 5,96-dır.

Xatırladaq ki, bu rəqəm ötən günün yekununda 5,89 olub.