Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və İç Anadolu bölgələrində hiss edilən zəlzələ baş verib.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, AFAD Malatya mərkəzli zəlzələnin maqnitudasını 5,9 olaraq açıqlayıb.
Daxili İşlər Naziri Əli Yerlikaya Diyarbəkir və Elazığda da hiss edilən zəlzələdən sonra açıqlama verərkən, “Malatyada 1, Şanlıurfada 1, Elazığda 1 olmaqla cəmi 3 binada qismən çökmə baş verib. AFAD və əlaqədar qurumlarımızın bütün qrupları sahə taramasına başladı”, – deyib.
Digər tərəfdən zəlzələdən sonra Malatya, Şanlıurfa, Elazığ, Batman və Adıyamanda təhsil 1 gün müddətinə dayandırılıb.
Dəniz Pənahova