Türkiyədə dəhşətli qətl: Bacısını 14 bıçaq zərbəsi ilə öldürən qardaşdan şok ifadələr

Türkiyədə dəhşətli qətl: Bacısını 14 bıçaq zərbəsi ilə öldürən qardaşdan şok ifadələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərində baş verən dəhşətli qətl hadisəsi ölkə ictimaiyyətində böyük rezonans doğurub. Məlumata görə, Mehmet Ateş adlı şəxs öz bacısını 14 bıçaq zərbəsi ilə amansızcasına qətlə yetirib.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan Mehmet Ateş ifadəsində bunu bacardığına görə çox xoşbəxt olduğunu deyib:

“İçimdən bir səs ‘sən şeytansan, sən dəccalsan’ deyə qışqırırdı. Bacımı yaşatmamaq üçün orqanlarını çıxardım. Mən sadəcə öldürmək istədim və bunu bacardığım üçün xoşbəxtəm”.

Hadisə ilə bağlı istintaq davam edir. Cinayətkarın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün ekspertiza təyin olunub.

Gülşən Rəsul