Türkiyənin Ərzurum əyalətində 21:37-də 4,1 bal gücündə zəlzələ baş verib.
Tribunainfo.az xəbər verir ki,bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri əyalətinə Narman rayonunda, ocağı isə 9,56 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.