Türkiyədə daha bir dağılan binanı tikənlər saxlanıldıbackend

Türkiyədə daha bir dağılan binanı tikənlər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan və 100-ə yaxın adamın həyatını itirdiyi “Prestij Asi Residences” ilə bağlı məsuliyyətləri müəyyən edilən 3 şübhəli saxlanılıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda Hatay Respublika Baş Prokurorluğu Zəlzələ Cinayətləri İstintaq Bürosu açıqlama verib.

Açıqlamada, bu çərçivədə podratçı və statik layihə müəllifi H.Ç., memarlıq layihəsinin memarı M.F. ilə binaya nəzarət edən şirkət rəsmisi N.G-nin Şəhər Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən yaxalandığı qeyd olunub.