Türkiyədə çörək bahalaşdı – Nazirlik CƏRİMƏLƏDİbackend

Türkiyədə çörək bahalaşdı – Nazirlik CƏRİMƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ticarət Nazirliyi çörək qiymət tarifini aşan iş yerlərinə 100 min lirədən 1 milyon lirəyə qədər inzibati cərimələr tətbiq edildiyini bildirərək, “Çörəklə bağlı hər hansı haqsız qazanc və fürsətçiliyə yol verilməyəcəyini vurğulamaq istərdik. Bu xalqımızın əsas qidasıdır”. deyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada vurğulanıb ki, vətəndaşların əsas ərzaq məhsulu olan çörəyin qiymətində spekulyativ qiymət hərəkətləri birbaşa olaraq cəmiyyətin ümumi rifahına təsir edir.

Çörəyin qiymət tariflərinin ticarət və ticarət palataları tərəfindən qüvvəyə mindiyi, qiymət tariflərinin çörəyin maksimum satış qiyməti əsasında müəyyən edildiyi və bu qiymətlərlə bağlı şikayətlərin daxil olduğu bildirilib.

Dəniz Pənahova