backend

Türkiyədə cinsi zorakılığa aid təklif qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son günlər müzakirə edilən cinsi zorakılığa aid təklif geniş qalmaqala səbəb olub. 

Türkiyədə son günlər müzakirə edilən cinsi zorakılığa aid təklif geniş qalmaqala səbəb olub.

 Ədalət və İnkişaf Partiyası (AKP) çərşənbə axşamı günü Türkiyə Böyük Millət Məclisinə (TBMM) cinsi zorakılığa məruz qalmış şəxslərin təcavüzü edənlə evlənməsi şəraitində, təcavüzcünün cəzasının təxirə salınmasını təsbit edən yeni təklif verib. Təklifə görə, cəzanın təxirə salınması 16 noyabr tarixinə qədər işlənmiş cinayətləri əhatə edəcək.

Ədliyyə naziri Bekir Bozdağ isə təklifin “qadınların təcavüzçüsü ilə evləndirilməsi” anlamına gəlmədiyini bildirib.
Bozdağ Twitter-də yazıb: “Təcavüz edənə evlənərək cəzadan qurtulma imkanı verilməyib”.Bozdağ söyləyib ki, təhdid, hiylə və iradəyə zərər verməklə cinsi zorakılıq cinayətini törədənlər bu tənzimləmədən yararlanmayacaq.
BBC Azərbaycan xəbər verir ki, onun sözlərinə görə, qanun bütün təcavüz edənlərə aid deyil. Evlənmiş, amma yaşı çatmadığına görə “nigaha girməyənlər” yeni təklifə əsasən rəsmi nikah kəsməlidirlər.

TİA.AZ xəbər verir ki, təkliflə bağlı iki gün ərzində yüzlərlə yazı yazılıb. Sözcü qəzetinin yazarı Yılmaz Özdilin yazdığı yazı isə Türkiyədə ən çox oxunanlar siyahısına girib.
Erkən nigahlara yazısında yer verən yazarın köşəsi minlərlə insan tərəfindən paylaşılıb.
Bizimyol.info həmin yazıdan bəzi hissələri təqdim edir:
“Boluda evləndirilən 11 yaşlı qızın 8 aylıq hamilə olduğu ortaya çıxdı. Samsunda avtomobil qəzasından sonra komaya girdiyi deyilərək xəstəxanaya gətirilən 14 yaşlı qızın, əslində əri tərəfindən odunla döyüldüyü məlum oldu. Orduda 13 yaşlı qızı pul qarşılığında evləndirdilər. 4 il sonra qızın 40 yaşlı əri evi tərk etdi. Ailə qızlarını qəbul etmədi və 17 yaşlı qız, 3 uşağı ilə ortada qaldı.
Qaziantepdə özəl bir xəstəxanada övlad dünyaya gətirən qızın 18 yox əslində 12 yaşında olduğu müəyyən edildi. Adanada 13 yaşlı qıza toy keçirildi. Sakaryada qohumu ilə evləndirilən 15 yaşlı qız, qaçaraq polisə sığındı. Tokatda evləndirilən 12 yaşlı qızın 4 aylıq hamilə olduğu öyrənildi. Ağrıda 16 yaşında evləndirilən qızın əlləri bağlandı və döyüldü. Qızı tualetdə tapdılar. Adana evləndirilən 16 yaşlı qız, özünü qatarın  altına atdı. Gümüşhane Universitetinin nümayəndəsi yaşadığı hadisəni belə anlatdı: “Yol kənarında bir qız uşağının qucağında körpəsi ilə ağlarkən gördüm. 16 yaşında olarkən evləndirilmişdi. Ana olmuşdu. Körpəsinin əli yanmış və nə edəcəyini bilmirdi. Körpəsi ilə birlikdə ağlayırdı. Əslində orada bi ana yox, 2 uşaq ağlayırdı.”
Kayseridə pul qarşılığında evləndirilən 15 yaşlı qız ov tüfəngi ilə özünü öldürdü. Konyada evləndirilən 16 yaşlı qız, özünü 7-ci mərtəbədən atdı. Siirtdə 12 yaşında evləndirilən və 13 yaşında ana olan qız, 14 yaşında özünü öldürdü. “Qisməti bu imiş” dedilər…
11 yaşında olarkən 40 yaşındakı kişi ilə evləndirilən qız, uşaq doğmur deyə döyüldüyünü və 3-4 il qaynanası ilə yatdığını dedi.
30 yaşında biri ilə evləndirilən 13 yaşlı qız isə illər sonra bir qəzetə belə bir müsahibə verdi: “İlk gecə məni tək bir otağa saldılar. Qorxudan ürəyim getdi. Sonra ayıltdılar. Evləndiyim adam otağa gəldi “gəl səninlə evcilik oynayaq” dedi. Bu cümləni həyatım boyu unutmayacağam”
5 uşaq və 9 nəvəsi olan 70 yaşlı birinə verilən 14 yaşlı qız isə illər sonra bunları dedi: “Anamı heç vaxt bağışlamayacağam. Həyatımı dəyişdirmə imkanım olsaydı, öncə atamı dəyişdirərdim”
Çoxlarının mediadan bəlkə də görmədiyi faktları bir yazıda toplayan yazar, yazının sonunda Ədalət nazirinin əslində bir imam olduğunu qeyd edib.