TÜRKİYƏDƏ BLOGGERLƏRİN HƏBSİ DAVAM EDİR…

TÜRKİYƏDƏ BLOGGERLƏRİN HƏBSİ DAVAM EDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məlum olmayan şəkildə varlanan və bunu açıq formada nümayiş etdirən bloggerlərin həbsi davam edir.

Tribunainfo.az xəbər verir ki, müğənni və blogger Dilan Poladın həbsindən sonra bu proses daha da sürətlənib. Belə ki, dünən çəkib paylaşdığı videoda “mən də adi insanlardan biriyəm” deyən 127 gözəllik mərkəzi sahibi olan Neslim Güngen haqqında Küçükçekmece Prokurorluğunda araşdırma başladılıb.

Aparılan araşdırma əsasında Neslim Güngen və həyat yoldaşı İnanç Güngenin bütün əmlakına həbs qoyulub.

Qeyd edək ki, N.Güngen instaqram hesabında göstərişli həyat yaşadığını nümayiş etdirir, evlərindən, villalarından, avtomobillərindən, gözəllik mərkəzlərindən videolar paylaşırdı.