Əskişəhər azərbaycanlılar dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən TİA.AZ-a verilən məlumata görə, Tüm Sanayici İşadamları Derneği-nin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib.
İdman yarışına 8 komanda qoşulub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub. Dərnəyin rəhbəri Cavid Aydın “100 İL” kubokunu komandaya təqdim edib.