Türkiyənin Rize şəhərinin bələdiyyə sədri Reşat Kasapın 15 iyul Demokratiya və Cümhuriyyət Meydanında olan Mustafa Kamal Atatürkün heykəlinin götürülməsi barədə tapşırığı yerinə yetirilib.
Türkiyənin Rize şəhərinin bələdiyyə sədri Reşat Kasapın 15 iyul Demokratiya və Cümhuriyyət Meydanında olan Mustafa Kamal Atatürkün heykəlinin götürülməsi barədə tapşırığı yerinə yetirilib.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, həmin ərazidə iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdin qurbanlarının xatirəsinə stəkan formalı abidə ucaldılması nəzərdə tutulur.
Atatürkçü Düşüncə Dərnəyinin (ADD) başçısı Ömər Toprak və Cümhuriyyət Xalq Patiyasının (CHP) nümayəndəsi Saltuk Dəniz heykəlin götürülməsinə qarşı çıxaraq səlahiyyətlilərlə mübahisə ediblər. Ömər Toprak “Bu gün Rize üçün qara bir gündür” deyib.
Reaksiyalara cavab verən Reşat Kasap Atatürkün heykəlinin valilik binasının qarşısındakı meydana qoyulduğunu, daha sonra onun əvvəlki yerinə qoyulub-qoyulmayacağına referendumla qərar veriləcəyini açıqlayıb.
Rize bələbiyyəsi sonradan valilik binasının qarşısındakı meydana qoyulan Atatürkün heykəlinin fotoşəklini sosial şəbəkədəki səhifəsində paylaşıb.