İzmirdə mübahisə zamanı həyat yoldaşı Nuran Fıratı (36) boğazından bıçaqlayaraq öldürən Ahmet Fırata (44) verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının səbəbi açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Əsaslandırılmış qərarda bildirilib ki, müttəhim Fırat Nuranı 4-ü ölümcül olmaqla 25 bıçaq zərbəsi ilə öldürüb, sonra isə mobil telefonu ilə onun fotolarını çəkib.
Nuran Fırat qan içində olarkən əri hadisə zamanı evdə olan 5 yaşlı uşağını ev sahibinin yanına qoyub, maşını ilə qaçıb. Qonşuların hadisə barədə məlumat verməsindən sonra ünvana polis və tibb qrupları göndərilib. Sağlamlıq qrupları Nuran Fıratın öldüyünü müəyyən edib. Biri 5, digəri 12 yaşlı iki övladı olan cütlüyün hadisə zamanı böyük uşaqlarının məktəbdə olduğu öyrənilib. Urlada yaxalanan Ahmet Fırat həbs edilib.
Dəniz Pənahova