Türkiyədə ard-arda güclü zəlzələlər oldu

Türkiyədə ard-arda güclü zəlzələlər oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib.

Tribuna xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb.

Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub.

Zəlzələlərin ocağı müvafiq olaraq 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.