backend

Türkiyədə 2 deputat həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri – Çağlar Demirel və Besime Konca həbs olunublar. 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri – Çağlar Demirel və Besime Konca həbs olunublar.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxslər Ankara Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Kürd millət vəkilləri Diyarbəkir və Batman prokurorluqları tərəfindən açılan cinayət işi üzrə Türkiyədə terrora dəstək verməkdə təqsirli bilinirlər.

Çağlar Demirel və Besime Konca həkim müayinəsindən keçdikdən sonra Ankara Polis İdarəsinə aparılıb.

HDP-nin mərkəzi qərargahının yaydığı açıqlamada isə deyilir ki, Çağlar Demirel və Besime Konca barəsində Türkiyə vaxtilə saat 24:00 radələrində həbs qərarı çıxarılıb.