İstanbulda məşhurlara qarşı “narkotik əməliyyatı” – Bu məşhurlar saxlanıldı – SİYAHI

İstanbulda məşhurlara qarşı “narkotik əməliyyatı” – Bu məşhurlar saxlanıldı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda narkotik maddələrin istifadəsi və təbliği ilə bağlı aparılan genişmiqyaslı əməliyyat çərçivəsində çox sayda tanınmış sima istintaqa cəlb olunub. Türkiyə mətbuatının məlumatına görə, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq və Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat “Şəfəq” adlandırılıb.

Tribunainfo.az xəbər verir ki, ilkin məlumata əsasən, əməliyyat zamanı 19 məşhur ifadə vermək üçün polis idarəsinə çağırılıb. Onlardan bəziləri qısa müddətlik saxlanılıb, bir neçəsinin isə qan analizləri götürülüb. Hazırda heç bir şəxs barəsində həbs qərarı çıxarılmayıb, lakin istintaq prosesi davam edir.

Siyahıda kimlər var?

İstintaqa cəlb edilən məşhurların siyahısında Türkiyə şou-biznesinin və kino sənayesinin tanınmış adları yer alır. Onlar aşağıdakılardır:
Birce Akalay
Simge Sağın
Berrak Tüzünataç
Ceren Moray Orcan
Demet Evgar Babataş
Deren Talu
Derin Talu
Dilan Polat
Duygu Özaslan Mutaf
Engin Polat
Feyza Altun
Hadise Açıkgöz
İrem Derici
Kaan Yıldırım
Kubilay Aka
Mert Yazıcıoğlu
Metin Akdülger
Özge Özpirinçci
Zeynep Meriç Aral Keskin
Ziynet Sali

Türkiyə mediasının yazdığına görə, bu şəxslərin bir qismi sosial mediada “narkotik tərkibli maddələrin istifadəsini normallaşdıran paylaşımlar” etdikləri üçün diqqət mərkəzinə düşüb.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxslərin ifadələr alındıqdan sonra qiymətləndirmə aparılacaq.
İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, əməliyyat çərçivəsində toplanan sübutlar araşdırılır, şübhəli şəxslərin ifadələri və laborator nəticələri əsasında məsuliyyət dərəcəsi müəyyənləşdiriləcək. Hazırda əməliyyatla bağlı mediaya əlavə məlumat verilməsə də, hüquq-mühafizə orqanları növbəti mərhələdə daha geniş açıqlama yayımlayacaq.

Qeyd edək ki, son illərdə Türkiyədə məşhurların sosial mediada narkotik istifadəsini təbliğ etməsi və ya bu mövzuda zarafat xarakterli paylaşımlar etməsi ilə bağlı bir neçə dəfə hüquqi tədbirlər görülüb. “Şəfəq” əməliyyatı isə bu istiqamətdə son illərin ən genişmiqyaslı istintaqlarından biri hesab olunur.

Gülşən Rəsul