“Türkiyənin Suriyada üstünlük əldə etməsi “Zəngəzur dəhlizi”nin açılmasına və Tehranın Cənubi Qafqazın ticarət və nəqliyyat sektorundan sıxışdırılmasına səbəb ola bilər”. Tribunainfo.az xəbər verir ki, bunu “Kayhan London” qəzeti yazıb.
Qəzet iddia edib ki, “Zəngəzur dəhlizi” guya, İranın şimal-qərb sərhəddini təhdid edə bilər. Lakin nəşr bu təhdidin konkret olaraq nədən ibarət olması barədə heş nə yazmayıb.
İkinci arqument kimi isə odur ki, dəhliz İranın Ermənistanla kommunikasiyasını çətinləşdirir. “Bu da Tehranın Şimalla əlaqələrini inkişaf etdirmək üçün mühüm həlqədir”.