TÜRKİYƏ YAXIN GÜNLƏRDƏ PUTİNİ GÖZLƏYİR

TÜRKİYƏ YAXIN GÜNLƏRDƏ PUTİNİ GÖZLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara diplomatik işi gücləndirib və Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edə biləcəyini gözləyir.

Tribunainfo.az xəbər verir ki, Türkiyənin “A Haber” telekanalı şənbə günü bildirib ki, Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustun sonu və ya sentyabrın əvvəlində şəxsi danışıqlar aparıla bilər və Ərdoğanın Rusiyaya səfəri istisna deyil.

“Türkiyə və Rusiya prezidentləri arasında planlaşdırılan danışıqların tarixi və yeri hələ də müzakirə olunur, Türkiyə tərəfi bunun avqustda baş tutacağını gözləyir”, – Türkiyə prezidentinin ofisindəki mənbə “Ria Novosti”yə bildirib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yeri və tarixini yaxın gələcəkdə dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, iki ölkə liderinin danışıqlarının qarşıdakı gündəliyində ikitərəfli münasibətlər, Ukrayna və “taxıl müqaviləsi” məsələsi var.