Türkiyə xarici tələbələrin sayını 500 minə çatdıracaq

Türkiyə xarici tələbələrin sayını 500 minə çatdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti bundan sonra da yerli universitetlərin xaricdə filiallarını, fakultələrini və ayrıca akademik proqramlarını açmağı planlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın şuranın saytında dərc olunan bəyanatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan və Özbəkistandan sonra bu cür təşəbbüslər Yaxın Şərq, Afrika və bir sıra Mərkəzi Asiya ölkələrində həyata keçiriləcək.

Xarici proqramlar çərçivəsində əsas üstünlük texnologiya sahəsinə, mühəndisliyə, tibb və dəqiq elmlərə veriləcək.

“Bu ali təhsil ocaqlarının məzunları gələcəkdə Türkiyənin özünün ali təhsilinin və sənayesinin inkişafına da töhfə verəcəklər”, – deyə sədr qeyd edib.

YÖK rəhbəri həmçinin, Türkiyə universitetlərinə xarici tələbələrin cəlb edilməsi istiqamətində qarşıda dayanan hədəflərdən də danışıb.

Onun sözlərinə görə, bu gün Türkiyə xarici tələbələrin sayına görə dünyada 8-ci yerdədir.

“Xarici tələbələrin Türkiyə ali təhsil ocaqlarındakı sayı hazırda 350 min nəfərə yaxındır. Hədəfimiz xarici tələbə sayısının 500 minə qədər çıxarmaqdır. Bu, ölkəmizin payına düşən qlobal tələbə sayının həcmini 6,25 faizə çatdırmağa imkan verəcək”, – Erol Özvar diqqətə çatdırıb.

O, Türkiyənin 2024-2028-ci illəri əhatə edən Beynəlxalq Ali Təhsil Strategiyasının hədəflərinə diqqət çəkib. Belə ki, bu hədəflər çərçivəsində dünyada bütün Türkiyə alim və ali təhsil müəllimlərinin siyahısının hazırlanmasının nəzərdə tutulduğu vurğulanıb.