Türkiyənin Tunceli vilayətində türk əsgəri ilə PKK terrorçuları arasında atışma olub.
Türkiyənin Tunceli vilayətində türk əsgəri ilə PKK terrorçuları arasında atışma olub.
TİA.AZ xəbər verir ki, qarşıdurma zamanı terrorçuların quraşdırdığı kustar üsulla hazırlanmış bomba partlayıb və nəticədə iki türk əsgəri yaralanıb.
Təcili şəkildə xəstəxanaya yerləşdirilən əsgərlərin həyatı üçün heç bir təhlükə yoxdur.
PKK-nın xain pusqusuna cavab verən türk ordusu terrorçuların olduğu yerləri haubitsalarla atəşə tutub. Bölgədə PKK-ya qarşı amansız mübarizənin davam edəcəyi bildirilir.