Türkiyə vətəndaşlarına Qarabağla bağlı xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

 

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, XİN bununla bağlı bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa və işğal altında olan digər ərazilərə səfər etməkdən çəkinməsində fayda var.

“Azərbaycan torpaqlarının 5-də biri işğal altındadır. Ölkəmiz bu işğalın sona çatması üçün 25 ildir azərbaycanlı qardaşlarımızla birlikdə fəaliyyət göstərir. Azərbaycan hökumətinin icazəsi olmadan həmin ərazilərə səfər edilməsi beynəlxalq hüquqa ziddir. Azərbaycan qanunlarına əsasən, bu torpaqlara gedənlərə sanksiya tətbiq edilir. İşğal altındakı bölgələrə gedən vətəndaşlarımıza zəruri hallarda konsulluq xidməti mümkün olmadığını, vətəndaşlarımıza işğal altındakı bölgələrə səyahət etməkdən çəkinmələri, bunun faydalı oldğunu xatırladırırıq”, -deyə XİN-in xəbərdarlığında vurğulanıb.

Xatırladaq ki, 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.