Türkiyə və İsrail RAZILAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və İsrail ilin sonuna kimi Aralıq dənizindəki yataqlardan qazın Avropa İttifaqına çatdırılması üçün boru kəmərinin tikintisi haqqında razılaşmanı imzalamağa hazırlaşır. 

Türkiyə və İsrail ilin sonuna kimi Aralıq dənizindəki yataqlardan qazın Avropa İttifaqına çatdırılması üçün boru kəmərinin tikintisi haqqında razılaşmanı imzalamağa hazırlaşır.

Bu haqda İsrailin milli infrastruktur, energetika və su təminatı naziri Yuval Şteynits bildirib.

Onun sözlərinə görə, Türkiyə və İsrail arasında qaz kəmərinin tikintisi üzrə ilkin hökumətlərarası razılaşma haqqında qərar danışıqların dörd turunun nəticəsinə görə qəbul edilib. Nazir qeyd edib ki, hazırda iki magistral xəttin tikintisi üzrə intensiv danışıqlar aparılır. Onlardan birinin Türkiyəyə, daha sonra Avropaya çəkilməsi planlaşdırılır. Digər xətt İtaliyaya Kipr və Yunanıstan vasitəsilə tikilə bilər.

Razılaşma haqqında qəti qərar Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrakın bu il İsrailə səfəri zamanı qəbul edilə bilər.