Türkiyə və İran terrorla mübarizəyə eyni vaxtda başlayıb. Bu da təsadüfi deyil. Qərb dövlətləri Tehran və Ankaranı eyni problemlə təhdid edir.
Tribunainfo.az yazır ki, PKK və Pejak kürd terror qruplarıdır. Hər ikisi illərdir ki, bu ölkələrə terror edir. Suriya və İraqda antiterror əməliyyatları da məhz Türkiyə və İranın daxilinə bu təhlükənin sızmasının qarşısını almaqdır. Türkiyə İraq və Suriyanın şimalında, İran Pakistanla sərhəddə bu addımı atır. Hətta bu məsələdə koordinasiyalı, razılaşdırılmış fəaliyyətin olması da mümkündür. Təhlilçilər qeyd edirlər ki, Kürdüstan projesini yenidən aktullaşdıran və masaya gətirən güc mərkəzləri bu ssenarini işə salıblar. Əgər Kürdüstan yaranacaqsa, 4 dövlətin ərazisi parçalanacaq. Ona görə terrorla mübarizə gücləndirilir.