TÜRKİYƏ VƏ ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASI İRƏVANDAN ASILIDIR

TÜRKİYƏ VƏ ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASI İRƏVANDAN ASILIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin açılması məsələsi tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır, regionda yeni vəziyyət yaranıb.

Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.

“Bizim (Türkiyə və Ermənistan – red.) münasibətlərimizin normallaşmasına, görüşlərin hansı proses çərçivəsində baş verdiyinə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhyönümlü yanaşmasını gördükdən sonra növbəti addımlar barədə danışmaq mümkün olacaq. anlamaq lazımdır ki, “bölgədə yeni vəziyyət yaranıb, əməkdaşlıq üçün geniş imkanlar var. Əgər belə bir yanaşma olarsa, düşünürəm ki, sərhəd məsələsinə qədər bu prosesdə konkret irəliləyiş görəcəyik”, – agentliyin həmsöhbəti bildirib.