Türkiyə və ABŞ arasında növbəti – Gərginlik

Türkiyə və ABŞ arasında növbəti – Gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ABŞ vətəndaşı Sərxan Kölgənin həbs edilməsi Vaşinqtonda dərin narahatlıq yaradıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Depratamentinin sözçüsü Hezer Noyert deyib.

O bildirib ki, Kölgə heç bir dəlil olmadan həbs edilib: “Türkiyəyə səyahət edən və bu ölkədə yaşayan ABŞ vətəndaşlarının təhlükəsizliyi bizim üçün çox vacibdir”.

Məsələ ilə bağlı Ankara tərəfi hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Kölgə fevralın 8-də Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə ittiham olunub və Türkiyə məhkəməsinin qərarı ilə həbs edilib.